
"Sabah" komandası Azərbaycan Premyer Liqasının XXVII turunda "Zirə"ni qəbul edib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə hesabı meydan sahibi komanda açıb. 34-cü dəqiqədə Cesse Sekidika fərqlənərək mövsümdəki qollarının sayını 10-a çatdırıb. Oyunda bərabərlik qolunu isə 63-cü dəqiqədə Davit Volkov vurub.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 52-yə çatdıraraq ikinci pillədəki mövqeyini möhkəmlədib. Masazır təmsilçisi 35 xalla 5-cidir.
Turun digər oyunlarında "Şamaxı" səfərdə "Araz-Naxçıvan"la 1:1, "Qarabağ" isə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.
-----------------------
Azərbaycan Premyer Liqasının XXVII turunda "Qarabağ" "Kəpəz"lə bərabərə qalıb. Sportnet.az-ın məlumatına görə, Tovuz şəhər stadionuda keçirilən oyunda hesab açılmayıb.
64 xalı olan "Qarabağ" turnir cədvəlində liderdir. 23 xala malik "Kəpəz" isə doqquzuncudur.
Günün digər qarşılaşmasında “Sabah" "Zirə"ni qonaq edəcək.
Saat 19:30-da başlayacaq qarşılaşmanın baş hakimi Rəşad Əhmədov olacaq.
“Qartallar” “Sabah”la son 3 görüşdə qol vurub. Masazır təmsilçisi son 3 ev matçında quru hesabla uduzub. Tura sabah keçiriləcək “Səbail” - “Neftçi” və “Turan Tovuz” - “Sumqayıt” oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, ötən gün “Araz-Naxçıvan” evdə “Şamaxı” ilə heç-heçə edib - 1:1.
Azərbaycan Premyer Liqası
XXVII tur
15 mart
17:00. "Kəpəz" – "Qarabağ" - 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu
19:30. "Sabah" – "Zirə" - 1:1
Qollar: Cesse Sekidika, 34 - Davit Volkov, 63
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayılov.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bank Respublika Arena”