
"Yeni Strategiya planında bu cür tədbirlər bundan sonra da olacaq. İlki Tovuzda baş verir".
Sportnet.az Azxəbər verir ki, bunu "Turan Tovuz" futbol komandasının əsas korpus binasının açılış mərasiminə qatılan AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayev deyib.
Qurumun prezidenti Rövşən Nəcəfin adından tədbir iştirakçılarını salamlayan Fərəcullayev klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevə Azərbaycan futboluna verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
O, yeni korpus binasında milli komanda üçün yeni-yeni futbolçuların yetişəcəyinə inam ifadə edib: "Bu gün Tovuz rayonunda futbol adına gələcəyimizin qapısını açırıq.
Buradakı uşaqların hamısı bizim gələcəyimizdir. Əminəm ki, burada millimiz üçün yeni nəsil yetişir. Tovuz futbol anlamında başqa regionlar üçün də bir nümunədir. Necə deyərlər, davamı gəlsin".