
Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, turun son oyununda "Zirə" "Şamaxı"nı qəbul edib. Zirə İdman Kompleksində keçirilmiş görüşdə "qartallar" böyük hesabla qalib gəlib - 3:0.
FIFA referisi Kamal Umudlunun idarə etdiyi qarşılaşmada hesabı 53-cü dəqiqədə Rafael Utziq açıb. 71-ci dəqiqədə Ruan Renato fərqi artırıb. 90+3-də isə Salifu Suma matçda son nöqtəni qoyub. Bu, qvineyalının Premyer Liqadaki 9-cu qolu olub.
"Şamaxı"nın kapitanı Leroy Mikelslə müdafiəçi Vladislav Veremeyev zədələndikləri üçün meydanı vaxtından əvvəl tərk ediblər.
Bu qələbə ilə "Zirə" xallarının sayını 55-ə çatdıraraq, ikinci sıradaki mövqeyini daha da möhkəmləndirib. "Şamaxı" 28 xalla 8-cidir.
Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib, “Neftçi” - “Araz-Naxçıvan” və "Kəpəz" - "Səbail" matçlarında 1:1, "Sumqayıt" - "Sabah" görüşündə isə 3:3 hesablı bərabərlik qeydə alınıb.
-----------------------
"Kəpəz" komandası Azərbaycan Premyer Liqasının XXVIII turunda "Səbail"i qəbul edib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi görüşdə ilk qolu 41-ci dəqiqədə Gəncə təmsilçinin futbolçusu Şevroni Mabatşoev vurub. 68-ci dəqiqədə "dənizçilər"in üzvü Dmitro Litvin bərabərlik qolunun müəllifi olub.
Paytaxt klubunun heyətində Mert Çelik zədələnərək 81-ci dəqiqədə meydanı tərk edib. O, yerini Emin Rüstəmova verib.
Bu nəticədən sonra "Kəpəz" 19 xalla sonuncu, "Səbail" isə 24 xalla 9-cu sırada qərarlaşıb.
--------------------------
Azərbaycan Premyer Liqasında XXVIII tura bu gün yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk matçda elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Səbail” qarşılaşacaq. Ev oyunlarını Tovuzda keçirən Gəncə komandası qələbə qazanarsa, Premyer Liqada yerini qorumağa xeyli yaxınlaşacaq.
Son üç matçda meydan sahibi olan komanda “quru” hesabla qalib gəlib. “Kəpəz” evdəki son iki qarşılaşmada qol vurub.
“Kəpəz” 23 xalla 9-cu, “Səbail” 18 xalla sonuncu yerdədir.
Turun son oyununda “Zirə” öz meydanında “Şamaxı”nı sınağa çəkəcək. Meydan sahiblərinin əyalət klubu ilə matçda qələbə şansları daha yüksəkdir.
“Zirə” bugünkü rəqibi son iki oyunda 2 qol vurub və qələbə qazanıb. “Şamaxı” isə son 2 səfər görüşündə uduzmayıb.
“Zirə” 52 xalla 2-ci, “Şamaxı” 28 xalla 8-ci yerdədir.
Qeyd edək ki, turun açılış oyununda “Qarabağ” səfərdə “Turan Tovuz”a böyük hesabla qalib gəlib - 4:1.
İkinci oyun günündə “Neftçi” “Araz-Naxçıvan”la 1:1, “Sumqayıt” “Sabah”la 3:3 hesablı heç-heçə edib.
Azərbaycan Premyer Liqası, XXVIII tur
30 mart (bazar)
16:00 “Kəpəz” – “Səbail” - 1:1
Qollar: Şevroni Mabatşoev, 41 - Dmitro Litvin, 68
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu
18:00 “Zirə”– “Şamaxı” - 3:0
Qollar: Rafael Urziq, 53. Ruan Renato, 71. Salifu Suma, 90+3
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.