
Azərbaycan Premyer Liqasının XXIX turun açılış günündə “Səbail” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “ASCO Arena”da baş tutan görüşdə hesab açılmayıb - 0:0.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi qarşılaşmanın 19-cu dəqiqəsində Rüfət Əhmədov zədələndiyi üçün meydanı tərk edib. Yerinə Veysəl Rzayev daxil olub.
Tovuz təmsilçisi “gəmiçilər”lə üz-üzə gəldiyi bütün matçlarda qol vursa da, bu dəfə alınmayıb. “Səbail” artıq 6-cı görüşdür ki, sözügedən rəqibə qol vura bilməyib.
"Turan Tovuz"un çempionatda ardıcıl qələbəsiz oyunlar seriyası isə 5-ə çatıb.
Bu nəticədən sonra Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 44 xalla 4-cü, Elvin Məmmədovun komandası isə 20 xalla sonuncudur.
Qeyd edək ki, turun digər oyunları 6-7 aprel tarixlərində keçiriləcək. “Sabah” “Kəpəz”i, “Qarabağ” “Zirə”ni, “Şamaxı” “Neftçi”ni, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı qonaq edəcək.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Sportnet.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Səbail” “ASCO Arena”da Turan Tovuz"u qəbul edəcək. Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi qarşılaşma saat 17:00-da start götürəcək.
Tovuz təmsilçisi “gəmiçilər”lə üz-üzə gəldiyi bütün matçlarda qol vurub. “Səbail” son 5 görüşdə qol vura bilməyib.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 43 xalla 4-cü, Elvin Məmmədovun komandası isə 19 xalla sonuncudur.
Qeyd edək ki, turun digər oyunlarında “Sabah” “Kəpəz”i, “Qarabağ” “Zirə”ni, “Şamaxı” “Neftçi”ni, “Araz-Naxçıvan” isə “Sumqayıt”ı qonaq edəcək.
Azərbaycan Premyer Liqası
XXIX tur
5 aprel
17:00. "Səbail" – "Turan Tovuz" - 0:0
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
"ASCO Arena"