
Azərbaycan Premyer Liqasının XXIX turunun son oyununda “Araz-Naxçıvan” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, "Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:0.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə hesabı 21-ci dəqiqədə Ramon Maçado açıb. O, penalti zərbəsini dəqiq yerinə yetirib.
66-cı dəqiqədə isə "kimyaçılar"ın müdafiəçisi Silvanus Nimeli topu öz qapısına göndərib.
Bu nəticədən sonra Muxtar Respublika təmsilçisi 51 xalla 3-cü pillədə qərarlaşıb. Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv 29 xalla 7-cidir.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0, "Neftçi" səfərdə "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib. "Səbail" "Turan Tovuz"la qolsuz heç-heçəyə razılaşıb.
------------------------
Azərbaycan Premyer Liqasının XXIX turun son günündə “Şamaxı” və “Neftçi” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
Baş hakim Fərid Hacıyevin idarə etdiyi matçda ilk qolu 42-ci dəqiqədə Ramil Şeydayev Fillip Ozobiçin qazandığı penaltidən vurub. 89-cu dəqiqədə Ozobiç Şeydayevin məhsuldar ötürməsindən sonra oyunda son nöqtəni qoyub.
Qonaqların futbolçusu Emil Səfərov zədələnərək 19-cu dəqiqədə Aleks Fernandeslə əvəzlənib. Rəhman Hacıyev isə 61-ci dəqiqədə meydana daxil olduqdan 2 dəqiqə sonra başından zədə alıb. O, matçın qalan bölümünü başı sarıqlı halda keçirib.
Bu nəticədən sonra Samir Abasovun komandası xallarını 35-ə çatdıraraq 5-ci yerdə qərarlaşan “Sabah”la xal fərqini minimuma endirib. Ayxan Abbasovun kollektivi isə 28 xalla 8-ci pillədə yer alır.
Qeyd edək ki, turun son qarşılaşmasında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək. Bu gün "Liv Bona Dea Arena"da baş tutacaq görüş saat 18:00-da start götürəcək.
-----------------------
Azərbaycan Premyer Liqasında XXIX turun son oyun günündə "Neftçi" səfərdə "Şamaxı" ilə, "Sumqayıt" isə "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Sportnet.az xəbər verir ki, ilk oyun Şamaxı şəhər stadionunda saat 15:30-da start götürəcək.
Görüşü baş hakim Fərid Hacıyev idarə edəcək. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla 6-cı, meydan sahibləri 28 xalla 8-ci pillədə qərarlaşıb.
Tura saat 18:00-da “Liv Bona Dea Arena”da start götürəcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Naxçıvan komandası 48 xalla 3-cü, "kimyaçılar" isə 29 xalla 7-ci pillədədir.
Azərbaycan Premyer Liqası
XXIX tur
15:30. “Şamaxı” – “Neftçi” - 0:2
Qol: Ramil Şeydayev, 42 (pen.) Filip Ozobiç, 89
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
18:00. “Araz-Naxçıvan”– “Sumqayıt” - 2:0
Qollar: Ramon Maçado, 20 (pen.). Silvanus Nimeli, 66 (öz qapısına)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Liv Bona Dea Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib, "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesablı məğlubiyyətə imza atıb.