
Azərbaycan Premyer Liqasıda XXX turun açılış oyununda “Səbail” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, “ASCO Arena”da baş tutan görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Baş hakim Tural Qurbanovun idarə etdiyi görüşdə ilk qolu 17-ci dəqiqədə Ağdam təmsilçisinin fransalı futbolçusu Abdullah Zubir vurub. 2 dəqiqə sonra Leandro Andrade fərqi artırıb. Portuqaliyalı yarımmüdafiəçi 52 və 65-ci dəqiqələrdə də fərqlənərək “het-trik” edib. Bununla da Premyer Liqanın bombardiri aktivindəki qol sayını 14-ə çatdırıb.
“Dənizçilər”in yeganə qolunu 72-ci dəqiqədə David Qomis vurub.
Bu nəticəyə görə, “Zirə” bu tur “Neftçi”yə məğlub olsa,, Qurban Qurbanovun komandası mövsümün sonuna 6 tur qalmış 73 xalla erkən çempion olacaq . Elvin Məmmədovun rəhbərliyi altında ilk böyükhesablə məğlubiyyətini alan “dənizçilər” isə 20 xalla sonuncu pillədə yer alır.
Qeyd edək ki, XXX turun digər oyunları 12-13 apreldə keçiriləcək.
-----------------
Bu gün keçiriləcək bir oyunla Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, "ASCO Arena"da autsayder "Səbail" lider "Qarabağ"la üz-üzə gələcək.
Saat 19:00-da başlanacaq görüşü baş hakim Tural Qurbanov idarə edəcək.
Hazırda "Səbail" 29 oyundan 20 xalla 10-cu, "Qarabağ" isə 70 xalla 1-ci yerdə gedir.
İki komanda indiyədək 30 dəfə qarşılaşıb. Bunların yalnız 3-də "Səbail" qələbə qazana bilib. Əvəzində "Qarabağ" 25 dəfə qalib gəlib, 2 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam təmsilçisi ciddi üstünlüyə malikdir - 70:15.
“Qarabağ” bütün görüşlərdə qol vurubsa, “Səbail” son 6 qarşılaşmada xal qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXX tur
11 aprel (cümə)
19:00. “Səbail” – “Qarabağ” - 1:4
Qollar: David Qomis, 72 - Abdullah Zubir, 17. Leandro Andrade, 19; 52; 65
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”
Qeyd edək ki, turun digər oyunları 12-13 apreldə keçiriləcək.