
İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelottinin İngiltərə "Liverpul"una keçmək imkanı olub.
Sportnet.az xəbər verir ki, bu barədə 66 yaşlı mütəxəssisin özü "RSI" telekanalına müsahibəsində deyib.
O, "Liverpul"un baş məşqçisi olmağı xəyal etdiyini bildirib: "Amma sonra "Everton"da işlədim. Burada Liverpul derbisinin həyəcanını hiss etdim. İndi tam olaraq "Everton" azarkeşiyəm. Orada olan atmosferi çox bəyəndim. "Everton"da klubun rənglərinə inanılmaz bağlılıq var".
Ançelotti 2018-ci ildə İtaliya millisindən təklif aldığını vurğulayıb: "Bu təklifdən imtina etdim, çünki bunu istəmirdim. Hər gün meydana çıxmaqdan, məşqə hazırlaşmaqdan zövq alıram.Milli komanda məni bir az həvəsdən salacaq yarımştat iş kimi görünürdü".
Qeyd edək ki, Karlo Ançelotti 2015-ci ilin oktyabrında Brendan Rocers istefaya göndərildikdən sonra "Liverpul"a keçməyə yaxın olsa da, "qırmızılar" Yurgen Klopp variantına üstünlük verib.