
19 yaşa qədər futbolçulardan ibarət (U-19) “Trabzonspor” klubu UEFA Gənclər Liqasıda finala yüksəlib.
Sportnet.az xəbər verir ki, Türkiyə təmsilçisi yarımfinalda Avstriyanın “Zaltsburq” klubunu 2:1 hesabı ilə udub.
Matçdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəng vuraraq, qalib komandanı təbrik edib.
Qeyd edək ki, aprelin 28-də İsveçrədə keçiriləcək final oyununda “Trabzonspor”un rəqibi İspaniya “Barselona”sı olacaq.