
“Seltik” ardıcıl dördüncü mövsüm Şotlandiya Premyer Liqasının qalibi olub.
sportnet.az xəbər verir ki, "zolaqlılar" buna XXXIV turda səfərdə "Dandi Yunayted"i 5:0 hesabı ilə darmadağın edərək nail olub.
Brendan Rocersin rəhbərlik etdiyi kollektiv liqanın sonuna dörd tur qalmış birinci yeri təmin edib. "Seltik" ikinci yerdə qərarlaşan "Reyncers"i 18 xal qabaqlayır.
Qlazqo şəhərinin təmsilçisi bundan əvvəl Şotlandiya Liqa Kubokunun qalibi olub. Mayda onların üçüncü kuboku - ölkə kubokunu qazanmaq şansı olacaq.
Qeyd edək ki, “Seltik” 55-ci dəfə Şotlandiya Premyer Liqasının qalibi olub. Onların əzəli rəqibi "Reyncers"in də eynisayda titulu var.