
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Antonio Rüdiger 4 - 12 oyunluq diskvalifikasiya oluna bilər.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, səbəb Madrid təmsilçisinin müdafiəçisinin İspaniya Kubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzduqları oyunun ikinci əlavə edilmiş hissəsində baş hakim Rikardo De Burqos Benqoeçeayə sərt etiraz etməsidir.
Almaniyalı oyunçu komanda yoldaşı Kilian Mbappenin rəqibin futbolçusu Erik Qarsiyaya qaydanı pozduğu epizodda referinin qərarı ilə razılaşmayıb. O, buzla dolu paketi hakimin üzərinə atmağa cəhd edib. Rüdigeri komanda yoldaşları və məşqçilər korpusunun üzvləri sakitləşdiriblər.
Benqoeçea epizodun sonunda ehtiyat oyunçular sırasında olan Rüdigerə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, Antonio Rüdiger oyuna əsas heyətdə başlayıb və 111-ci dəqiqədə əvəzlənib. Onunla yanaşı, “Real Madrid”dən Lukas Vaskes və Cud Bellingem də qırmızı vərəqə alıb.