
Futbol üzrə İtaliya A Seriyasında XXXIV turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "İnter" "Roma"nı qəbul edib.
"San Siro" stadionunda baş tutan görüşdə paytaxt təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.
Matçda yeganə qolu 22-ci dəqiqədə Matias Sule vurub.
Çempionluq yarışında vacib xal itirən "İnter" növbəti oyunu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində İspaniyada "Barselona"ya qarşı keçirəcək.
Qeyd edək ki, "İnter" 34 oyundan sonra 71 xalla "Napoli" ilə liderliyi, "Roma" isə 60 xalla "Bolonya" ilə 4-5-ci pillələri bölüşür.