
Futbol üzrə Türkiyə I Liqasında XXXVI turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin heyətində yer aldığı “Boluspor” səfərdə "Kocaelispor"u 4:3 hesabı ilə məğlub edib. İsgəndərli oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub.
Azərbaycan yığmasının üzvü Coşqun Diniyevin çıxış etdiyi “Çorum” klubu isə səfərdə "Ankaragücü"yə minimal hesabla uduzub - 0:1. Oyuna əsas heyətdə başlayan Diniyev 46-cı dəqiqədə əvəzlənib.
36 turdan sonra “Boluspor” 55 xalla 8-ci, “Çorum” isə 51 xalla 13-cü pillədə qərarlaşıb.