
UEFA Avropa Liqasında bu gün finalçılar bəlli olacaq.
Sportnet.az xəbər verir ki, finala iki İngiltərə klubunun vəsiqə qazanacağı gözlənilir.
İspaniyada “Atletik”ə böyük hesabla qalib gələn “Mançester Yunayted”i növbəti mərhələdə hesab etmək olar.
İlk görüşdə asan qələbə qazanan “Tottenhem”in də finala yüksəlmək şansı daha çoxdur.
Yada salaq ki, turnirin finalı mayın 21-də İspaniyanın Bilbao şəhərindəki keçiriləcək.
Avropa Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00 “Mançester Yunayted” (İngiltərə) – “Atletik Bilbao” (İspaniya)
İlk oyun: 3:0
23:00 “Budö Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə)
İlk oyun: 1:3