
Azərbaycan Premyer Liqasında XXXIV turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib.
Sportnet.az xəbər verir ki, “Azersun Arena”da baş tutan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada ilk qolu 35-ci dəqiqədə Musa Qurbanlı vurub. 59-cu dəqiqədə isə Aleksey Kaşuk yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra əvvəlki turlardan çempionluğu rəsmiləşdirən “köhlən atlar” xallarını 83-ə çatdırıb. 55 xalı olan “qırmızı-ağlar” isə üçüncü yerdə olsalar da, özlərini bu mövqenin sahibi kimi rəsmiləşdirməyi növbəti turlara saxlayıblar.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Kəpəz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Turan Tovuz"u 2:1, "Zirə" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Şamaxı"dan güclü olub - 3:1.
-------------------------
Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda təşkil olunan görüş Gəncə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
İnqilab Məmmədovun idarə etdiyi görüşdə yeganə qolu 11-ci dəqiqədə penaltidən Rauf Hüseynli vurub.
Oyunun 86-cı dəqiqəsində futbolçular arasında kütləvi dava düşüb. Ara sakitləşdikdən sonra "Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev qırmızı, bir neçə oyunçu isə sarı vərəqə alıb.
Bununla da, Azər Bağırovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 32-yə çatdıraraq 8-ci pilləyə yüksəlib. Vaqif Cavadovun komandası 30 xalla 9-cu sıraya enib.
Əvvəlki qarşılaşmalarda "Sabah" evdə "Şamaxı"nı 3:1, "Neftçi" "Turan Tovuz"u səfərdə 2:1, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura "Qarabağ" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq. "Azersun Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Kəpəz" Tovuz şəhər stadionunda "Sumqayıt"ı qəbul edəcək.
Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun idarə edəcəyi görüş saat 18:00-da start götürəcək.
İki komanda arasında son 3 qarşılaşmada "gənclik şəhəri" təmsilçisi top buraxmayıb. Gəncə klubu isə son 4 matçda qalib gələ bilməyib.
Vaqif Cavadovun baş məşqçisi olduğu kollektiv 30 xalla 8-cidir. Azər Bağırovun komandası isə 1 xal az toplayaraq 9-cu sırada qərarlaşıb.
Turun son qarşılaşmasında "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək.
"Azərsun Arena"da təşkil olunacaq oyun FIFA referisi Əliyar Ağayevə tapşırılıb. Matç saat 20:00-da başlayacaq.
“Köhlən atlar” Naxçıvan təmsilçisi ilə bütün oyunlarda qol vurub. “Qurdlar” isə son 3 matçda xal qazanmayıb.
Çempionluğu təmin edən Qurban Qurbanovun kollektivinin 80 xalı var. Elmar Baxşıyevin komandası 55 xalla üçüncüdür.
Azərbaycan Premyer Liqası, XXXIV tur
11 may (bazar)
18:00. “Kəpəz” – “Sumqayıt” - 1:0
Qol: Rauf Hüseynli, 11 (pen.)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tovuz şəhər stadionu
20:00. “Qarabağ”– “Araz-Naxçıvan” - 2:0
Qollar: Musa Qurbanlı, 35. Aleksey Kaşuk, 59
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
“Azersun Arena”.
Qeyd edək ki, XXXIV turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Turan Tovuz"u 2:1, "Zirə" "Səbail"i 1:0 hesabı ilə məğlub edib. Yalnız "Sabah" evdə "Şamaxı"dan güclü olub - 3:1.