
İspaniya La Liqasında XXXV turun mərkəzi qarşılaşmasında “Barselona” əzəli rəqibi “Real Madrid”i qəbul edib.
Sportnet.az xəbər verir ki, oyuna qonaqlar fəal başlayıb. Fransalı forvard Kilian Mbappe 5-ci və 14-cü dəqiqələrdə “Barsa”lı azarkeşləri məyus edib.
“El Klasiko”da qonqaların üstünlüyü çox çəkməyib. Erik Qarsiya 19-cu dəqiqədə fərqi azaldıb. Qarşılaşmanın 32-ci dəqiqəsində “Barsa”nın gənc ulduz Lamin Yamal bərabərlik qolunu vurub. Cəmi 2 dəqiqə sonra Rafinya meydan sahiblərini hesabda önə keçirib. “Barsa” fasiləyə qədər daha bir qol vurub. Rafinya 45-ci dəqiqədə dubla imza atıb.
Oyunun 70-ci dəqiqəsində Mbappe het-trikə imza atsa da, “Real Madrid” məğlubiyyətdən yaxa qurtara bilməyib.
Türkiyə yığmasının "Real"da çıxış edən gənc ulduzu Arda Gülər start heyətində meydana çıxıb. O, 46-cı dəqiqədə əvəzlənib.
Beləliklə, gərgin mübarizə şərəitində keçən “El Klasiko”da “Barselona” 4:3 hesabı ilə qələbə qazanıb.
Prinsipial qarşılaşmada qələbə qazanan "Barselona" böyük ölçüdə çempionluğu təmin edib. Sona 3 tur qalmış "Barsa" 82 xalla vahid liderdir. "Real" liderdən 7 xal geri qalır və 2-ci sıradadır.
------------------------------
Bu gün İspaniya La Liqasının XXXV turunda “Barselona” - “Real Madrid” oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, "Olimpiko" stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
Mövsümün son “El-Klasiko”sunda ədaləti baş hakimi Alexandro Xose Ernandes qoruyacaq.
UEFA Çempionlar Liqasının yarımfinalında İtaliya "İnter"inə uduzaraq (3:4, 3:3) mübarizəni dayandıran Hans Flikin komandası nəhayət, bütün diqqətini La Liqaya yönəldə bilər. Kataloniya təmsilçisi sona dörd tur qalmış paytaxt klubundan dörd xal irəlidədir.
"Kral klubu"nun futbolçuları üçün baş məşqçi Karlo Ançelottinin son "El-Klasiko"sunu qazanmaq vacibdir. İtaliyalı mütəxəssisin mövsümün sonunda Madridi tərk edərək Braziliya millisinə keçəcəyi gözlənilir.
Matçda bir çox futbolçu iştirak etməyəcək. “Barselona”da Mark Bernal, Jul Kunde və Aleks Balde oyunu buraxacaq. “Real Madrid”ə isə eyni anda dörd müdafiəçi kömək etməyəcək - Dani Karvaxal, Eder Militao, Ferlan Mendi və David Alaba. Həmçinin yarımmüdafiəçi Eduardo Kamavinqa da oyunu buraxanlar arasında olacaq.
Qeyd edək ki, cari mövsüm ərzində keçirilən bütün “El-Klasiko”ları “Barselona” qazanıb. Hans Flikin rəhbərlik etdiyi kollektiv İspaniya çempionatında 4:0, İspaniya Super Kubokunun finalında 5:2 və İspaniya Kubokunun həlledici qarşılaşmasında 3:2 hesablı qələbəyə sevinib.
İspaniya La Liqası, XXXV tur
18:15. "Barselona" - "Real Madrid" - 4:3
Qollar: Erik Qarsiya, 19. Lamin Yamal. 32. Rafinya, 34; 45; Fermin Lopes, 90+5 - Kilian Mbappe, 5 (pen.); 14; 70
Baş hakim: Alexandro Ernandes
Barselona, Lüis Kompanis adına Olimpiya stadionu.