
“Turan Tovuz” komandası Azərbaycan Premyer Liqasında 4-cü pilləni təmin edib.
Sportnet.az xəbər verir ki, bu, XXXV turun “Sumqayıt”la oyunundan sonra dəqiqləşib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüşdə Tovuz təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 30-cu dəqiqədə Emmanuel Hakman vurub.
Xallarını 52-yə çatdıran Kurban Berdıyevin komandasının 3-cü pillədə qərarlaşan “Araz-Naxçıvan”a çatmayacaqı rəsmiləşib.
"Sabah" komandası isə səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. Zirə İdman Kompleksində təşkil olunan matçda ilk qolu 26-cı dəqiqədə meydan sahibinin futbolçusu Giorgi Papunaşvili vurub. “Bayquşlar”ın üzvü Pavol Şafranko 67-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu, slovakiyalı hücumçunun Premyer Liqada 9-cu qolu olub.
Bununla da 45 xalla 5-ci yerdə gedən "Sabah"ın 4-cü yer şansları tükənib və bu komanda bütün ümidlərini Azərbaycan Kubokunun finalına bağlayıb. Həlledici qarşılaşmada yalnız "Qarabağ"a qalib gələcəyi təqdirdə, Vasili Berezutskinin komandası avrokuboklara, daha dəqiqi Avropa Liqasına yollana biləcək. Hazırda "Sabah" 5-ci pillədədir.
--------------------------
“Araz-Naxçıvan” komandası Azərbaycan Premyer Liqasının cari mövsümündə vaxtından əvvəl UEFA Konfrans Liqasına vəsiqə qazanan ilk klub olub.
Sportnet.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi buna Azərbaycan Premyer Liqasının XXXV turunda səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlməklə nail olub.
Yeganə topu 44-cü dəqiqədə Felipe Santos vurub.
Bu, 28 yaşlı yarımmüdafiəçinin çempionatda 10-cu qolu olub. Braziliyalı oyunçu meydanda sonadək qala bilməyib. Santos 61-ci dəqiqədə əzələsini dartdığı üçün əvəzlənməli olub.
Bu qələbə sayəsində xalını 58-ə çatdıran “Araz-Naxçıvan” 3-cü yeri tutub və tarixində ilk dəfə avrokubokda iştirak hüququ qazanıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 4-cü sırada qərarlaşan “Turan Tovuz”dan 6 xal irəlidədir.
Qeyd edək ki, bunadək Azərbaycanı avrokuboklarda “Qarabağ” (UEFA Çempionlar Liqası) və “Zirə”nin təmsil edəcəyi dəqiqləşmişdi. Azərbaycan Kubokunun finalında “Qarabağ” “Sabah”a qalib gəlsə, “qartallar” UEFA Avropa Liqasında, “Turan Tovuz” isə Konfrans Liqasında yarışacaq. “Bayquşlar”kuboku qazanacağı təqdirdə, Tovuz təmsilçisi avrokuboklardan kənarda qalacaq, “Sabah” isə UEFA Avropa Liqasında iştirak edəcək.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
“Zirə” doğma meydanda “Sabah”ı qəbul edəcək.
Zirə İdman Kompeksində təşkil olunacaq görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 70 xalla ikinci, Vasili Berezutskinin isə 44 xalla 5-ci sırada qərarlaşıb.
Günün digər matçı Sumqayıt şəhər stadionunda “Sumqayıt”la “Turan Tovuz” arasında təşkil olunacaq.
Oyun baş hakim Tural Qurbanova həvalə olunub.
“Kimyaçılar” 30 xalla 9-cu, “qurdlar” isə 49 xalla 4-cü pillədə qərarlaşıb.
Günün son qarşılaşmasında isə “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda baş tutacaq matçda ədaləti çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovu qoruyacaq.
“Şirlər” 36 xalla 7-cı, Muxtar Respublika təmsilçisi isə 55 xalla 3-cüdür.
Hər üç oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, tura mayın 18-də keçiriləcək “Neftçi” - “Səbail” və “Qarabağ” - “Kəpəz” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, XXXV tur
17 may (şənbə)
17:00. "Sumqayıt" – "Turan Tovuz" - 0:1
Qol: Emmanuel Hakman, 30
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Müslüm Əliyev, Alik Yunusov
VAR: Fərid Hacıyev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. "Zirə" – "Sabah" - 1:1
Qollar: Giorgi Papunaşvili, 26 - Pavol Şafranko, 67
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00
17:00. "Şamaxı" – "Araz-Naxçıvan" - 0:1
Qol: Felipe Santos, 44
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı şəhər stadionu