
Azərbaycan Premyer Liqasında XXXVI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, son turun açılış matçında "Səbail" "Sumqayıt"ı qəbul edib.
"ASCO Arena"da keçirilmiş görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Hesabı 21-ci dəqiqədə meydan sahiblərinin legioneri Suleyman Alluş açıb. Bundan cəmi 7 dəqiqə sonra Sertan Taşkın bərabərlik qolunu vurub.
59-cu dəqiqədə Giorgi Karaişvili penaltini panenka zərbəsi ilə yerinə yetirərək, "Sumqayıt"ı hesabda önə çıxarıb. 79-cu dəqiqədə Ronaldo Vaskes komandasının üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 90+1-ci dəqiqədə Roy Kehat qoyub. "Gənclik şəhəri təmsilçisi"nin ən məhsuldar oyunçusu olan israilli legioner bu mövsüm Premyer Liqada 6-cı qolunu vurub.
Beləliklə, bu qələbə sayəsində xallarını 33-ə çatdıran "Sumqayıt" 8-ci pilləyə yüksəlib. "Səbail" isə 22 xalla 10-cu pillədədir və Premyer Liqanı tərk edib.
Qeyd edək ki, turun qalan oyunları 24 - 25 mayda keçiriləcək.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXXVI tura start veriləcək.
Sportnet.az xəbər verir ki, son turun açılış oyunu "ASCO Arena"da "Səbail" və "Sumqayıt" komandaları arasında keçiriləcək.
Saat 19:30-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
35 oyundan 22 xalla sonuncu - 10-cu yerdə "Səbail"in I Liqaya enəcəyi dəqiqləşib. 30 xala malik "Sumqayıt" isə 9-cudur və qələbə təqdirində, ən azı iki gün müddətinə 8-ci pilləyə yüksələ bilər.
Bu, iki komanda arasında 30-cu oyun olacaq. Əvvəlki qarşılaşmaların 9-da "Səbail", 17-də "Sumqayıt" qalib gəlibsə, daha 3 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Sumqayıt" öndədir - 38:23.
Digər tərəfdən, bu komandaların son 5 görüşündə qonaq olan komanda qol vurub. “Səbail” son 4 ev oyununda məğlub olub.
Azərbaycan Premyer Liqası, XXXVI tur
23 may (cümə)
19:30. “Səbail” – “Sumqayıt” - 1:4
Qol: Suleyman Alluş, 21 - Sertan Taşkın, 28. Giorgi Karaişvili, 59 (pen.). Ronaldo Vaskes, 79. Roi Kehat, 90+1
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
ASCO Arena
Qeyd edək ki, turun digər görüşləri 24-25 mayda olacaq.