
"Qarabağ"ın baş məşqçisi və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov Azərbaycan millisinin qarşıdakı yoldaşlıq görüşlərindən gözləntilərini bölüşüb.
Sportnet.az xəbər verir ki, 53 yaşlı mütəxəssis hər zaman komandadan yaxşı nəticə istədiklərini bildirib.
O, Fernandu Santuşun baş məşqçi olduğu kollektivə növbəti oyunlarda uğurlar arzulayıb: "Gözləntilərim həmişə yüksək, daha yaxşı olur. Biz yaxşısını arzu edir və yaxşısını istəyirik. Amma bu, idmandır, hər şey ola bilər. İstənilən halda, millimizin yanında olmalıyıq və olacağıq".
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya ilə, iyunun 10-da Bakıda Macarıstanla qarşılaşacaq (Teleqraf).