
“Məqsədim optimal fiziki formaya düşmək və potensialımı üzə çıxarmaqdır. Çünki imkanlarım hələ tam açılmayıb. Mən daha çox şey göstərə bilərəm”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ” komandasının və Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə deyib.
25 yaşlı hücumçu gələcək hədəflərindən danışıb: “Əsas məqsədim özümü sübut etmək və bacardığım qədər yaxşı çıxış etməkdir".
“Zirə”də icarə əsasında çıxış etmiş Əhmədzadə yeni müqavilə bağlamamasının səbəbini belə izah edib: “İcarə müddətimi hər il artırırdım. Bu dəfə isə razılığa gələ bilmədik. “Qarabağ”la daha