
UEFA Millətlər Liqasında ikinci finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, son Avropa çempionu İspaniya yığmasıdır.
Luis de la Fuentenin baş məşqçi olduğu kollektiv yarımfinalda Fransanı üstələməyi bacarıb.
Almaniyanın Ştutqart şəhərindəki "MHP Arena"da keçirilmiş görüşdə qapılara 9 qol vurulub. İngiltərəli referi Maykl Oliver hər iki komandanın lehinə penalti təyin edib. Eləcə də görüşün sonlarında avtoqol qeydə alınıb. Sonda İspaniya 5:4 hesablı qələbə ilə finala yüksəlib.
Görüşün gedişində 1:5 hesabı ilə geri düşən Fransa fərqi minimuma endirməyi bacarsa da, bərabərlik qolunu vuraraq, matçı əlavə vaxta daşımağa vaxt tapa bilməyib.
İyunun 8-də saat 16:00-da "MHP Arena"da Almaniya və Fransa arasında bürünc medal matçı start götürəcək. Millətlər Liqasının qalibini müəyyənləşdirəcək görüşdə Pireney yarımadası təmsilçiləri Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcək. Münhen şəhərindəki "Alyans Arena"da keçiriləcək görüş saat 23:00-da başlanacaq.
Qeyd edək ki, birinci yarımfinal oyununda Portuqaliya yığması 2:1 hesabı ilə Almaniya üzərində qələbə qazanıb.
5 iyun
UEFA Millətlər Liqası
Yarımfinal
23:00. İspaniya - Fransa - 5:4
Qollar: Niko Uilyams, 22. Mikel Merino, 25. Lamin Yamal, 54 (pen.); 67. Pedri, 55 - Kilian Mbappe, 59 (pen.). Rayan Şerki, 79. Dani Vivian, 84 (öz qapısına). Kolo Muani, 90+3
Baş hakim: Maykl Oliver (İngiltərə)
Ştutqart (Almaniya), "MHP Arena).