
“Yekun həmişəki kimi olacaq. Ada komandalarına uduzan yığmadan nə gözləmək olar?!”
Bunu Sportnet.az-a açıqlamasında veteran futbolçu Vadim Vasilyev bu gün keçiriləcək Azərbaycan - Macarıstan yodaşlıq oyunu barədə danışarkən deyib.
53 yaşlı mütəxəssis Fernandu Santuşun rəhbərlik etdiyi kollektivin 5 oyun qələbəsizlik seriyasını bu gün qıracağını imkansız hesab edib: “Bu millidən nə isə gözləmək olmaz. Nəticələr göz qabağındadır. Kiçik rəqiblərə məğlub olublar. Macarıstan isə bizdən güclüdür. Heç-heçə etsələr, yenə yaxşıdır”.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək oyun saat 20:00-da başlanacaq. Milli iyunun 7-də səfərdə Latviya ilə qolsuz heç-heçə edib.