
Futzal üzrə Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az xəbər verir ki, bu vəzifə rusiyalı Yevgeni Kukseviçə həvalə olunub.
Fiziki hazırlıq üzrə məşqçi kimi isə ona Aleksey Kudlayın kömək edəcək. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.
Xatırladaq ki, Kukseviç hazırda son ölkə çempionu "Araz-Naxçıvan"ın baş məşqçisidir. Buna qədər yığmanın baş məşqçisi Vitali Borisov idi.