
“Sabah” komandasının UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində Sloveniyanın “Tsele” klubu ilə keçiriləcək oyunlarının hakimləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Bakıdakı baş tutacaq ilk görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Tergeussizov və Sergey Kalaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR hakimi fransalı Bastyen Deşepi, VAR köməkçisi isə qazaxıstanlı Aidin Tassibayev olacaq.
Sloveniyada təşkil olunacaq cavab qarşılaşma bolqarıstanlı hakimlərə həvalə olunub. “Tsele” stadionunda ədaləti baş hakim Draqomir Draqanov qoruyacaq. Ona Xristo Hacıyıski və Krasimir Atanasov köməj edəcək. Dördüncü hakim funksiyasını Martin Jivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.
Qeyd edək ki, "Sabah" “Tsele”yə qarşı ilk oyunu iyulun 10-da, cavab matçını isə 17-də keçirəcək.