
"Qalatasaray" klubu PSJ rəhbərliyi ilə əlaqə saxlayıb və rusiyalı qapıçı Matvey Safonovun transferi ilə bağlı danışıqlar aparır.
Sportnet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mümkün sövdələşmənin təfərrüatları hələlik açıqlanmayıb.
Safonov 2024-cü ilin iyulundan Fransa klubunun heyətində çıxış edir. Qolkiper Paris klubunun heyətində Çempionlar Liqasının, çempionluğun, Fransa kubokunun və Superkubokunun qalibi, həmçinin klublararası dünya çempionatının gümüş mükafatçısı olub.