
“Barselona”nın 34 yaşlı mərkəz müdafiəçisi İnyiqo Martines Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib.
Sportnet.az xəbər verir ki, bu barədə Ər-Riyad klubu rəsmi məlumat yayıb.
İspaniyalı futbolçu “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Onun “Əl-Nəsr”lə müqaviləsi 2026-cı ilə qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.
Təcrübəli müdafiəçi 2023-cü ilin yayından “Barselona”da çıxış edirdi. O, Kataloniya klubundan başqa "Real Sosyedad" və "Atletik"dəki çıxışları ilə də tanınır.
Qeyd edək ki, “Əl-Nəsr”də dünyaca məşhur futbol ulduzu Kriştianu Ronaldu da çıxış edir.