İspaniyanın "Barselona" klubu yeni transferləri Markus Reşford və Joan Qarsiyanı qeydiyyatdan keçirəcəyinə əmindir.

 

Sportnet.az “Marca” nəşrinə istinadən xəbər verir ki, hər iki futbolçunun qeydiyyatı müdafiəçi İnyiqo Martinesin Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”ə satılması, habelə qapıçı Mark-Andre ter Ştegenin belindən əməliyyat olunduqdan sonra uzun müddətə sıradan çıxması səbəbindən mümkün olacaq.

 

Kataloniya təmsilçisi üçün əsas hədəf Qarsiyanın La Liqada qeydiyyatdan keçməsidir. Rəşford kluba güvənir və İspaniya çempionatının ilk turunda oynaya biləcəyinə əmindir. Qeyd olunur ki, İngiltərə “Mançester Yunayted”indən icarəyə götürülən forvard qeydiyyatla bağlı mümkün problemlərdən öncədən xəbərdar olub.

 

Qeyd edək ki, "Barselona" La Liqanın L turunda "Malyorka" ilə üz-üzə gələcək. Matç avqustun 16-da "Estadi Malyorka Son Moyks"da təşkil olunacaq.