
İngiltərənin "Çelsi" klubu futbolçusu Mark Kukurelya ilə müqavilənin müddətini uzadacaq.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi bununla bağlı 27 yaşlı cinah müdafiəçisi ilə razılıq əldə edib.
Onun müvcud sözləşməsi 2028-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, ispaniyalı oyunçu 2022-ci ildə "Brayton"dan heyətə cəlb olunub. O, ötən mövsüm bütün turnirlərdə 54 oyuna 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.