
"Real"ın baş məşqçisi Xabi Alonso futbolçusu Arda Gülerin La Liqanın 1-ci turunda "Osasuna" ilə oyunundakı çıxışını dəyərləndirib.
Sportnet.az AS-a istinadən xəbər verir ki, Madriddə keçirilən görüş "kral klubu"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Mütəxəssis isə Türkiyə millisinin 20 yaşlı yarımmüdafiəçisi haqda danışarkən xoş sözlər səsləndirib: "Komandaya qoşulandan indiyədək Arda Güler inanılmaz dərəcədə inkişaf edib. Təkcə oyununun keyfiyyəti baxımından deyil, həm də meydandakı mövqeyini başa düşməkdə və topla rəftarda yanaşmada. İlk hissədə o, əla çıxış etdi".
Qeyd edək ki, ötən mövsüm Güler Madrid təmsilçisinin heyətində 44 oyun keçirib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib. Onun "Real"la müqaviləsi 2029-cu ilə qədərdir.