
“Barselona”nın qapıçısı İnyaki Penya klubu tərk etməyə yaxındır.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda “Komo”nun və “Elçe”nin ispaniyalı futbolçu ilə maraqlandığı barədə məlumatlar ortaya çıxıb, lakin hazırda dəqiq bir şey yoxdur. Ancaq real təklif olmasa, qolkiper Kataloniya klubu ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzada bilər.
26 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.