
Azərbaycan və Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, sentyabrın 9-da keçiriləcək B qrupunun II tur qarşılaşması Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Florian Lataya Erind Burqu və Reydi Zaimi yan xətt hakimləri, Kresnik Kyapi dördüncü hakim qismində yardımçı olacaq.
Moldovalı İqor Şatçi hakim-inspektor, macarıstanlı Marton Esterhazi UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək görüş "Dalğa Arena"da ("Liv Bona Dea Arena") keçiriləcək. Oyun saat 18:00-da başlanacaq.
Xatırladaq ki, ilk turda Azərbaycan millisi səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub, Bolqarıstan isə evdə Cəbəllütariqi məğlub edib - 3:0.