
Fransa milli komandasının və PSJ klubunun futbolçusu Usman Dembele 6 - 8 həftəlik sıradan çıxıb.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçu Polşada Ukraynaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup oyununda zədələnib.
Parisdə aparılmış tibbi müayinə nəticəsində təcrübəli forvardın sağ baldır əzələlərindən xəsarət aldığı üzə çıxıb.
O, PSJ-nin Liqa 1-də "Marsel" və "Lill", Çempionlar Liqasında İspaniya "Barselona"sı və Fransa millisində Azərbaycan və İslandiyaya qarşı D qrupunun matçlarını buraxmalı olacaq.
Həkimlər Dembelenin daha erkən dönüş ehtimalının az olduğunu bildirirlər.
Bu görüşün 46-cı dəqiqəsində Dezire Duenin əvəzinə meydana çıxarkən, Dembelenin digər ayağında da problemlər olub. 81-ci dəqiqədə o, yenidən diskomfort hiss edib və əvəzlənməsini istəyib. Nəticədə forvard meydanda 35 dəqiqə qala bilib. Öncədən şikayətlənməsinə baxmayararaq, futbolçunun yığmanın oyununda istifadə olunması PSJ rəhbərliyində narazılıq yaradıb. Paris klubu yeni risklərdən ehtiyatlanır.
Qeyd edək ki, Azərbaycan millisi Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da evdə üz-üzə gələcək. Usman Dembele "France Football"ın təsis etdiyi "Qızıl top" mükafatına əsas namizədlərdən sayılır. Nüfuzlu mükafatın sahibi sentyabrın 22-də açıqlanacaq.