Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində növbəti görüşlər keçirilib.
Sportnet.az-ın məlumatına görə, 4 qrupda ümumilikdə 7 qarşılaşma oynanılıb.
Onların arasında I qrupunun İsrail - İtaliya matçı məhsuldarlığı ilə seçilib. Cennaro Qattuzonun baş məşqçi olduğu kollektiv səfər oyununda 5:4 hesablı qələbə qazanaraq, 4 görüşdən 9 xal toplayıb.
B qrupunda İsveçrə Sloveniyanı darmadağın edərək, ardıcıl ikinci qələbəsini qazanıb. İsveç isə səfərdə Kosovoya uduzub.
C qrupunda Şotlandiya səfərdə Belarusu, Danimarka Yunanıstanı yenib.
L qrupunda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro yığması onun vaxtilə futbolçu kimi formasını geyindiyi Xorvatiyaya qarşı səfər matçına çıxıb. Görüş Xorvatiyanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Farer adaları isə Cəbəllütariqi səfərdə məğlub edərək, xalını 6-ya çatdırıb və eyni xala malik Monteneqronu turnir cədvəlində keçib.
DÇ-2026, seçmə mərhələ
8 sentyabr
B qrupu
İsveçrə – Sloveniya - 3:0
Kosovo – İsveç - 2:0
Xal durumu: İsveçrə – 6 xal (2 oyun), Kosovo – 3 (2), İsveç – 1 (2), Sloveniya – 1 (2)
C qrupu
Belarus – Şotlandiya - 0:2
Yunanıstan – Danimarka - 0:3
Xal durumu: Danimarka – 4 xal (2 oyuna), Şotlandiya – 4 (2), Yunanıstan – 3 (2 oyun), Belarus – 0 (2)
I qrupu
İsrail – İtaliya - 4:5
Xal durumu: Norveç – 12 xal (4 oyun), İtaliya – 9 (4), İsrail – 9 (5), Estoniya – 3 (5), Moldova – 0 (4)
L qrupu
Xorvatiya – Monteneqro - 4:0
Cəbəllütariq – Farer adaları - 0:1
Xal durumu: Xorvatiya – 12 xal (4 oyuna), Çexiya – 12 (5), Farer adaları – 6 (5), Monteneqro – 6 (5), Cəbəllütariq – 0 (5).









































































