
"Keyfiyyət baxımından yaxşı futbol kollektiviyik, inanıram ki, komanda olaraq gücümüz və keyfiyyətimiz yaxşı oyun göstərməyə imkan verir".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin köməkçi-məşqçisi Rəşad Eyubov evdə Ukraynaya qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, məşqlər plana uyğun keçib: "Əsas işimiz qısa müddətdə əhval-ruhiyyəni yüksəltməkdir. Nə dərəcədə alındı, sabah görəcəyik. Əsas məqsədimiz psixoloji olaraq komandanı yüksətlməkdir. Keyfiyyət baxımından futbol kollektiv oyundur. Fikirləşmirik ki, bir oyunçu çıxıb qeyri-adi nəsə edəcək. İnanıram ki, gücümüz var və bu baxımdan yaxşı oyun görəcəyik".
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Ukrayna qarşılaşması saat 20:00-da başlanacaq.