
"Neftçi"nin futbolçusu Emin Mahmudov Azərbaycan milli komandasında yeni rekorda imza atıb.
Sportnet.az-ın məlumatına görə, Mahmudov millidə 15-ci qolu vuraraq, yığmanın ən məhsuldar oyunçusuna çevrilib.
Bu, Ukrayna ilə 2026-cı il dünya çempionatının seçmə qrup matçında təsadüf edib. 72-ci dəqiqədə təyin olunmuş penaltini 33 yaşlı yarımmüdafiəçi dəqiq yerinə yetirib.
Beləliklə, millinin kapitanı hazırda "Qarabağ"ın baş məşqçisi olan Qurban Qurbanovla indiyədək şərikli bölüşdüyü qol rekordunu yeniləyərək, bu göstəricidə vahid liderə çevrilib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.