
Azərbaycan yığmasına qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra Ukrayna millisinin azarkeşləri baş məşqçi Sergey Rebrovu tənqidlərə məruz qoyublar.
Sportnet.az-ın məlumatına görə, fanatlar sosial şəbəkələrdə şərhlər yazaraq 51 yaşlı mütəxəssisin istefasını tələb ediblər.
Onlar baş məşqçini DÇ-2026-nın seçmə tsiklinə uğursuz başlanğıcda günahkar sayırlar. Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə edən Ukrayna yığması D qrupunda ilk 2 turdan sonra cəmi 1 xal toplayıb.
Tənqidlərə dözməyən Rebrov Instaqram hesabındakı şərhləri bağlayıb. Hazırda heç kəs onun paylaşımına şərh yaza bilmir.
Qeyd edək ki, Sergey Rebrov azarkeşlərin neqativ şərhlərinə bu yolla reaksiyanı ilk dəfə vermir. UEFA Millətlər Liqasının pley-off mərhələsində Belçikaya məğlubiyyətdən sonra da o, sosial şəbəkədə şərhləri bağlayıb. Bu, azarkeşlərin qəzəbi ilə qarşılanıb. Ukrayna yığması oktyabrın 10-da İslandiyanın qonağı olacaq, oktyabrın 13-də isə Polşada Azərbaycan millisini qəbul edəcək.