
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki U-16 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və görüş 1:0 hesabı ilə Azərbaycan yığmasının qələbəsi ilə yekunlaşıb.
Qalibiyyət qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub.