
Oktyabrdakı təlim-məşq toplanışı üçün Almaniya millisinə çağırılan futbolçuların siyahısı açıqlanıb.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi Yulian Naqelsmann milli komandanın toplanışına aşağıdakı oyunçuları dəvət edib:
Oliver Baumann, Fin Dahmen, Nübel Andrix, Valdemar Anton, Ridle Baku, Braun, Robin Kox, David Raum, Niko Şlotterbek, Conatan Ta, Kərim Adeyemi, Nadim Amiri, Serj Qnabri, Leon Qoretska, Jozua Kimmix, Florian Levelinq, Liam Nmeça, Pavyer Bertz, Luka Voltemade.
Bu ay Almaniya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Lüksemburq (10 oktyabr) və Şimali İrlandiya (13 oktyabr) ilə görüşlər keçirəcək. Komanda ilk iki seçmə mərhələdə üç xal qazanıb. Naqelsmannın komandası Şimali İrlandiyaya 3:1 hesabı ilə qalib gəlsə də, Slovakiyaya 0:2 hesabı ilə məğlub olub.