
Tovuzun "Turan" klubunun sabiq icraci direktoru ve AFFA İcraiyyə Komitesinin keçmiş üzvü Yaşar Sultanov vəfat edib.
Bu barədə Sportnet.az-a klubun mətbuat katibi Süleyman Tağıyev məlumat verib.
Tağıyevin sözlərinə görə, hadisə az öncə baş verib. Xəbəri isə "Turan Tovuz" Azərbaycan Premyer Liqasının VII tur matçında 3:0 hesabı ilə yendikləri "Sumqayıt"la səfər oyunundan qayıtdıqları vaxt Y.Sultanovun yaxın qohumlarından biri ona deyib.
Sabiq klub rəsmisinin ürək tutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Yaşar Sultanov son illər "Turan Tovuz"un İdarə Heyətinin üzvü idi.
Allah rəhmət eləsin...