
Əlcəzair millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, Afrika zonası üzrə seçmə mərhələnin IX tur matçında səfərdə Somali üzərində 3:0 hesablı qələbə sayəsində mümkün olub.
G qrupunda liderliyi təmin edən Əlcəzair ABŞ, Kanada və Meksikada təşkil olunacaq mundialda iştirak hüququ əldə edib.
Qolları Məhəmməd Amura 6-cı və 56-cı, Riyad Mahrez isə 19-cu dəqiqədə vurub. "Qarabağ"ın sabiq futbolçusu Yassin Benzia 86-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, Afrika qitəsindən daha əvvəl Mərakeş, Tunis və Misir də DÇ-2026-ya vəsiqəyə yiyələnib.