
Azərbaycanlı hakimlər briqadası 2026-cı il dünya çempionatının seçmə qrup matçına təyinat alıb.
Sportnet.az xəbər verir ki, bu, oktyabrın 12-də keçiriləcək H qrupunun San Marino - Kipr görüşüdür.
Serravalle şəhərindəki San Marino stadionunda təşkil olunacaq qarşılaşma baş hakim qismində FIFA referisi Əliyar Ağayevə tapşırılıb.
DÇ-2026, seçmə mərhələ
H qrupu
17:00. SAN MARİNO - KİPR
Baş hakim: Əliyar Ağayev
Yan xətt hakimləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Elçin Məsiyev
VAR: Pavel Maleç
VAR hakiminin köməkçisi: Tamaş Boqnar (Macarıstan)
Hakim-inspektor: David Malkolm (Yeni Zelandiya)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Serravalle, "San Marino" stadionu.