
Ukrayna millisinin futbolçusu Georgi Sudakov Azərbaycan yığmasına qarşı 2026-cı il dünya çempionatının seçmə qrup matçında iştirak etməyəcək.
Sportnet.az-ın xəbərinə görə, bu barədə 23 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.
Oktyabrın 13-də İslandiya ilə səfər matçında zədə alan Sudakov yığmanın düşərgəsini tərk etdiyini bildirib: "Təəssüf ki, təlim-məşq toplanışı mənim üçün başa çatdı. Tezliklə sağalacağıma ümid edirəm. Uşaqlara növbəti görüşdə uğurlar arzulayıram".
Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərindəki "Krakoviya" stadionunda keçiriləcək Polşa - Azərbaycan matçı saat 22:45-də başlanacaq. Georgi Sudakov sentyabrın 9-da Bakıda 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada komandasının yeganə qolunu vurub.