
Moldova Super Liqasında çıxış edən "Politexnika UTM" klubuna xəbərdarlıq edilib.
Sportnet.az-ın məlumatına görə, bu, XV turun "Şerif"lə ev oyununda baş vermiş kuryoz olayla bağlı olub.
"Satesk" stadionunda keçirilmiş qarşılaşmanın 29-cu dəqiqəsində meydançaya böyük it daxil olub. Onu meydan sahiblərinin qapıçısı Pavel Sokolov uzaqlaşdırıb.
Qeyri-adi hadisə üzündən matçda ləngimə yaranıb.
Moldova Futbol Federasiyasının İntizam Komissiyası "Politexnika"ya xəbərdarlıq edib.
Qeyd edək ki, görüş "Şerif"in qələbəsi ilə yekunlaşıb - 2:1.