İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Nottingem Forest" Ange Postekoqlu ilə yollarını ayırıb.
Avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Ange Postekoqlu sentyabrın 9-da "Nottingem Forest"in baş məşqçisi postuna təyin olunmuşdu.

















































































