
Kamerun millisinin futbolçusu Vensan Abubakarın "Neftçi"yə transferinin detalları üzə çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Tivibu Spor" telekanalında "Beşiktaş"a yaxınlığı ilə tanınan türkiyəli jurnalist və şərhçi Ali Aydın açıqlama verib.
O bildirib ki, 33 yaşlı hücumçunun Azərbaycan komandasına gəlişində "Neftçi"də baş icraçı direktoru, vaxtilə "Beşiktaş"da futbol və marketinq şöbələrində çalışmış Cenk Sümerin rolu olub. Aydın Sümerin ona klubun formasını göndərdiyini də vurğulayıb.
Həmkarımız Abubakarın 1+1 illik müqaviləyə imza atacağını və Fransanın paytaxtı Parisdə viza məsələlərini həll etdikdən sonra Bakıya gəldiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Vensan Abubakar 2020/2021 mövsümündə və 2023-cü ilin yanvarından 2024-cü ilin sentyabrınadək "Beşiktaş"ın formasını geyinib. Daha sonra o, "Hatayspor"a keçsə də, bir mövsüm də duruş gətirə bilməyib. Təcrübəli forvard 2025-ci il mayın 9-dan klubsuzdur. Transfermarkt Abubakara 1,2 milyon avro qimət qoyub. Bir müddət əvvəl "Neftçi"nin afrikalı futbolçuya illik 500 min avro ödəməyə hazır olduğu, lakin qarşı tərəfin razılıq vermədiyi xəbərləri yayılmışdı.
Abuş Azerbaycana doğru yola çıkıyor… https://t.co/skDwu7BXkN
— Ali Aydin (@AliAydin77) October 16, 2025