
"Çətin oyun oldu. Belə olacağını bilirdik. Çünki rəqib güclü olmaqla yanaşı, evdə oynayırdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
33 yaşlı müdafiəçi 1 xal qazanmalarının müsbət hal olduğunu bildirib: "Qarşılaşma ərzində yaxşı oyun sərgiləməklə yanaşı, enişlərimiz də oldu. İkinci qolu buraxmasaydıq, bəlkə də qələbə qazana bilərdik. Lakin rəqib də pis oynamadı. Məncə, nəticə ədalətli oldu".
Kapitan baş hakim Fərid Hacıyevin idarəçiliyi də dəyərləndirib: "Düzdür, mübahisəli epizodlar, sarı vərəqələr çox oldu. Bunlar oyunun tempini azaldırdı. Amma ümumilikdə yaxşı idarəçiliyin olduğunu düşünürəm".