
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.
Sportnet.az xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçi olduğu kollektiv Çempionlar Yolunun II təsnifat mərhələsində Fransada "Nant"ın qonağı olub.
Nant şəhərindəki "Marcel Saupin" stadionunda təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Cavab oyunu noyabrın 5-də "Əlincə stadionu"nda ("Bank Respublika Arena") keçiriləcək.