Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar bölgələrdə debütantların iştirakı ilə təşkil olunub.
Şamaxı şəhər stadionunda debütant "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edib. Meydan sahibləri Şakil Sno 69-cu dəqiqədə vurduğu qolla öncə çıxsalar da, Alexandro Serrano 71-ci, Roberto Olabe 77-ci dəqiqədə fərqlənərək, qonaqlara əzmkar qələbə qazandırıb.
Bununla da "Turan Tovuz" xalını 18-ə çatdıraraq, yenidən liderə çevrilib. "Karvan Yevlax" isə 5 xalla 11-ci pillədə qalıb.
Qəbələ şəhər stadionunda isə "Kəpəz" digər debütant "İmişli"ni qəbul edib. 25-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Məmməd Hüseynov qonaqlardan Vüsal Qənbərovu ciddi zədələdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Qonaqlar say üstünlüyündən layiqincə yararlanmağı bacarıblar. Luis Silvestr 45+3-cü, Dioqo Almeyda 60-cı, Rafael Vieqaş 83-cü dəqiqədə qol vuraraq, "İmişli"yə qələbə qazandırıb. Bununla da Jorj Kaşkilyanın baş məşqçi olduğu kollektiv xalını 12-yə çatdıraraq, 7-ci pilləyə yüksəlib. "Kəpəz" isə 3 xalla sonuncudur.
Azərbaycan Premyer Liqası, IX tur
24 oktyabr (cümə)
14:30. “Karvan-Yevlax”– “Turan Tovuz” - 1:2
Qollar: Şakil Sno, 69 - Alexandro Serrano, 71. Roberto Olabe, 77
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
17:00. “Kəpəz” – “İmişli” - 0:3
Qollar: Luis Silvestr 45+3. Dioqo Almeyda, 60, Rafael Vieqaş, 83
Qırmızı vərəqə: Məmməd Hüseynov, 25 ("Kəpəz")
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun qalan oyunları 25-26 oktyabrda keçiriləcək.
,"










































































