Azərbaycan Premyer Liqasında IX turun "Kəpəz" - "İmişli" oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, matçın 30-cu dəqiqəsində qonaq komandanın futbolçusu Vüsal Qəmbərov ciddi zədə alıb.
O, “Kəpəz”in qapıçısı Məmməd Hüseynovla mübarizə zamanı ayağını sındırıb. Hadisədən dərhal sonra Vüsal Qəmbərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
"Kəpəz"in qapıçısı isə qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb.
Həşim MƏMMƏDOV









































































