Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Klub Çempionlar Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi “Çelsi” ilə IV tur oyununa daha yaxşı hazırlıq məqsədilə X turun “İmişli” – “Qarabağ” oyunu ilə XX turun "Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.
“Qarabağ” klubunun rəsmi müraciətini, “İmişli” klubunun razılığını nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
X turda komandalar “Azersun Arena”da üz-üzə gələcək və oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Görüş 31 oktyabr saat 17:00-da start götürəcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
XX turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.












































































