Azərbaycan Premyer Liqasında X turun ilk oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Qarabağ" və "İmişli" komandaları üz-üzə gəlib.
Baş hakim Əli Əliyevin idarə etdiyi qarşılaşmanın ilk yarısında "İmişli" penaltidən yararlana bilməyib. Qollar isə ikinci hissədə vurulub.
52-ci dəqiqədə Abdullah Zubir, 82-ci dəqiqədə isə meydana yenicə daxil olan Emmanuel Addai fərqlənib.
Bu qələbə sayəsində xalını 20-yə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "İmişli" isə 12 xalla 7-cidir.
Azərbaycan Premyer Liqası, X tur
31 oktybar
17:00. "Qarabağ" - “İmişli” - 2:0
Qollar: Abdullah Zubir, 52. Emmanuel Addai, 82
Qolla nəticələnməyən penalti: Luis Silvestr, 11 ("İmişli")
Sarı vərəqələr: Mateus Koxalski, 11 (qeyri-idman hərəkəti); Kadi Borqes, 90 (qeyriidman hərəkəti)) // Abbas Ağazadə, 86 (qeyri-idman hərəkəti)
Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev
“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) (9. Joni Montiel, 90) 81. Kevin Medina 8. Marko Yankoviç (6. Kris Kuaku, 90) 20. Kadi Borqes (77. Ramil Şeydayev, 90) 2. Mateus Silva 15. Leandro Andrade (11. Emmanuel Addai, 77) 35. Pedro Bikalyo 17. Kamilo Duran (7. Nəriman Axundzadə, 77)
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 27. Toral Bayramov 3. Sami Mmae 18. Dani Bolt 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı (6. Yau Mozes, 69) 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan (77. Elmir Rəhimzadə, 81) 7. Luis Silvestr (97. Xəzər Mahmudov, 90)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 22. İbrahim Əliyev 44. Həzrət İsayev 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 10. Nikola Karaklaiç
Baş məşqçi: Jorj Kaşkilya
-------------------------
Bu gün Azərbaycan Premyer Liqasında X turun ilk oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, "Azersun Arena"da "Qarabağ" və "İmişli" komandaları üz-üzə gələcək.
Əslində bu oyunda meydan sahibi "İmişli" olmalı idi. Qarşılaşmanın isə Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkili nəzərdə tutulmuşdu. Lakin "Qarabağ" Çempionlar Liqasında İngiltərənin "Çelsi" komandası ilə keçirəcəyi IV tur oyununa daha yaxşı hazırlaşmaqdan ötrü I və II dövrədəki oyunların yerlərinin dəyişdirilməsini xahiş edib. Peşəkar Futbol Liqası "İmişli"nin də razılığından sonra bu müraciəti müsbət cavablandırıb.
Hazırda "Qarabağ" 8 oyundan 17 xalla 2-ci yerdə gedir. "İmişli" isə 9 görüşdən sonra 12 xal toplayaraq, 7-ci pillədə qərarlaşıb. Komandalar indiyədək üz-üzə gəlməyiblər.
Qeyd edək ki, turun qalan oyunları 1 - 3 oktyabrda keçiriləcək.





































































